Xəzər Görüşləri 6

Marriott Hotel Boulevard

Bakı, 27-28 İyun 2026-cı il

Shadow Image
CONF 2026
Qeydiyyat “Xəzər Görüşləri 6” konfransı ilə bağlı
“Xəzər Görüşləri 6” tədbirinə qeydiyyat başlamışdır

“Xəzər Görüşləri 6” elmi-praktik tədbirinə qeydiyyat bu gündən etibarən açıq elan olunur.

Qeydiyyat prosesi yalnız WhatsApp və e-mail vasitəsilə aparılır. Telefon zənglərinin eyni vaxtda çox olması səbəbindən müraciətlərin WhatsApp üzərindən yazılı şəkildə göndərilməsi xahiş olunur. Müraciətiniz qəbul edildikdən sonra sizinlə əlaqə saxlanılacaq və qeydiyyat üçün tələb olunan məlumatlar barədə ətraflı məlumat veriləcəkdir.

Qeydiyyat şərtləri:
1. Cəmiyyət üzvü olmayan iştirakçılar üçün qeydiyyat haqqı: 250 AZN
(Qala Gecəsi daxil)
2. Cəmiyyət üzvləri üçün 01.06.2026 tarixinədək qeydiyyat haqqı: 100 AZN
Bu məbləğə qala gecəsində iştirak daxildir.
3. 01.06.2026 tarixindən sonra cəmiyyət üzvləri üçün qeydiyyat haqqı: 250 AZN
Bu məbləğə də qala gecəsində iştirak daxildir.
Qeydiyyat üçün aşağıdakı nömrəyə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz:
Whatsapp: 055 811 22 81
E-mail: 1agies.az@gmail.com
Əlaqələndirici şəxs: Dr. Musa bəy

Xəzər Görüşləri 6
– Tezis (Abstract) Qəbulu üçün çağırış.

Xəzər Görüşləri 6 beynəlxalq elmi konfransı çərçivəsində tezis (abstract) qəbulu başlamışdır.

Son müraciət tarixi: 1 İyun 2026
Maksimal həcm: 3000 işarə (boşluqlar daxil olmaqla)
Dil: Azərbaycan və ya İngilis
Mövzular: Tibbin bütün sahələri üzrə klinik, eksperimental və tədqiqat yönümlü işlər qəbul olunur

Konfrans Elmi Komitəsi tərəfindən seçilmiş tezislər, Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının siyahısına daxil olan Caucasian Medical Journal jurnalında elektron formatda nəşr olunacaqdır.

Shadow
“Xəzər Görüşləri 6” konfransı ilə bağlı
AQİEC- sədrinin müraciəti

Hörmətli həmkarlar,
27-28 İyun 2026-cı il tarixlərində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq “Xəzər Görüşləri 6” beynəlxalq elmi-praktik konfransı öncəsi Sizə müraciət edərək bir neçə mühüm məqamı diqqətinizə çatdırmaq istəyirəm.

Bu tədbirin əsası mərhum professor İsmayıl Abbasovun əziz xatirəsinə həsr olunaraq, yerli qastroenteroloji ictimaiyyət üçün kiçikmiqyaslı elmi konfrans formatında qoyulmuşdur. Zamanla bu təşəbbüs, iştirakçıların elmi marağı və cəmiyyətimizin dəstəyi nəticəsində genişlənərək, artıq beynəlxalq səviyyəli bir elmi platformaya çevrilmişdir. Fəxr edirik ki, builki görüşlərdə Türkiyə, Avropa, Latviya, Russiya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislər iştirak edəcəkdir. Bu konfransın əsas məqsədi dünya qastroenterologiyasındakı ən son yenilikləri yerli həkimlərlə paylaşmaq və müasir trendləri müzakirə etmək üçün innovativ elmi mühit formalaşdırmaqdır.

Təqdirəlayiq haldır ki, hər il ABŞ-da keçirilən ən nüfuzlu qastroenteroloji tədbirlərdən biri olan DDW (Digestive Disease Week) konfransından dərhal sonra, orada təqdim olunan ən mühüm mövzuların Bakı platformasında müzakirəsinə şərait yaranacaq. Bu isə həm elmi baxımdan çeviklik, həm də yerli mütəxəssislərimizin qlobal təcrübəyə daha sürətli inteqrasiyası baxımından müstəsna əhəmiyyət kəsb edir.

Əminəm ki, “Xəzər Görüşləri 6” bir daha sübut edəcək ki, Azərbaycan regionda elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm mərkəzə çevrilməkdədir.

Hörmətlə,
Dr.Emin Verdiyev
Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya cəmiyyətinin sədri
Shadow
Shadow Image

Xəzər Görüşləri 6

(Marriott Hotel Boulevard)

200Oturacaqlar

10Saat

25Spikerlər

Shadow Image

PROQRAM

XƏZƏR GÖRÜŞLƏRİ 6 - Elmi Proqram
Bakı, Azərbaycan 27 - 28 iyun 2026-cı il

Qeydiyyat 09: 00 - 09:30
Açılış 09:30 - 10:00

Dr.Emin Verdiyev; Prof. Dr. Ayhan Hilmi Çekin; Ass.prof. Gülüstan Babayeva

PANEL 1
Qida borusu patologiyaları
Moderatorlar: Prof. Dr. Ayhan Hilmi Çekin; Prof. Dr. Fatih Aslan; Prof. Dr. Nazim Pənahov
10:00 - 10:20

Prof. Dr. Mehmet Asıl

Eozinofilik ezofagit: diaqnostika və müalicə

10:20 - 10:40

Prof. Dr. Fatih Aslan

Erkən ezofagus xərçəngində paradiqma dəyişikliyi: cərrahi rezeksiyadan endoskopik müalicəyə

10:40 - 11:00

Prof. Dr.Emre Yıldırım

QERX-də endoskopik müalicə

Coffee Break
Müzakirələr 11:00 – 11:40
Coffee Break
Kofe fasiləsi 11:10 – 11:25
PANEL 2
Hepatologiyada 2026-cı il yenilikləri
Moderatorlar: Prof. Dr. Yüksel Seçkin; Dr. Emin Verdiyev; Prof. Dr. Nuru Bayramov
11:25 - 11:45

Prof. Dr.Yılmaz Çakaloğlu

MASLD və MASH

11:45 - 12:05

Prof. Dr. Ramazan İdilman

Hepatit B müalicəsində antiviral preparatların dayandırılması

12:05 - 12:25

Dr. Anar Tağıyev

Pediatriyada hepatoloji problemlər

Müzakirələr
Müzakirələr 12:25 – 12:35
Peyk simpoziumu — Abbott 12:05 – 13:00
Dinner time
Nahar fasiləsi 13:00 – 14:00
PANEL 3
Bağırsağın funksional və iltihabi xəstəlikləri
Moderatorlar: Prof. Dr. Yusuf Erzin; Ass.prof. Gülüstan Babayeva; Prof. Dr. Kənan Yusifzadə
14:00 - 14:20

Prof. Dr. Feryal İlkova

Funksional bağırsaq xəstəlikləri: Roma V konsensusunun yenilikləri

14:20 - 14:40

Ass.prof. Gülüstan Babayeva

İltihabi bağırsaq xəstəlikləri və opportunistik infeksiyalar: diqqətdə herpesviruslar və vərəm

14:40 - 15:00

Prof. Dr. Mehmet İbiş

İltihabi bağırsaq xəstəliklərində lezyonların qiymətləndirilməsi və endoskopik izləm

15:00 - 15:20

Prof. Dr. Tuncer Temel

Hamilə xəstədə iltihabi bağırsaq xəstəliyinin müalicə idarəolunması

Coffee Break
Müzakirələr 15:20 – 15:30
Coffee Break
Kofe fasiləsi 15:30 – 15:55
PANEL 4
Öd yollarının xəstəlikləri
Moderatorlar: Prof. Dr. Mehmet Cindoruk; Prof. Dr. Mahmut Yüksel; Tarverdi Rzayev
15:55 – 16:15

Prof. Dr. Bülent Değertekin

Autoimmun öd yolu xəstəlikləri

16:15- 16:35

Prof.Dr.Osman Ersoy

ERCP-nin incə məqamları

16:35 - 16:55

Prof. Dr. Dilek Oğuz

Öd yolu xəstəliklərində EUS

16:55 - 17:15

Dr. Cavanşir Vahabov

Toksik xolestaz

Coffee Break
Müzakirələr 17:15 – 17:25
Qala night
Qala gecəsi 19:00
PANEL 1
Mədənin funksional və orqanik xəstəlikləri
Moderatorlar: Prof. Dr. Dilek Oğuz; Ass.prof. Gülüstan Babayeva; Dr. Rəşad Həsənov; Dr. Emin Verdiyev
09:30- 09:50

Houssam Abu Meri (Latviyanın səhiyyə naziri)

Helicobacter pylori-nin antibiotiklərə rezistentliyi: qlobal təhlükə

09:50- 10:10

Prof. Dr. Marcis Leya

Mədə xərçəngi və dünyada skrininq təcrübəsi

10:10- 10:30

Prof. Dr. Dmitriy Bordin

Dispepsiya və funksional dispepsiya: Roma V konsensusunda yeni baxışlar

10:30- 10:50

Dr. Emin Məmmədov

Mədənin prekarsinoz lezyonlarında p53: biomarkerdən risk stratifikasiyasına

Müzakirə
Müzakirələr 10:50- 11:00
Coffee Break
Kofe fasiləsi 11:00 – 11:15
PANEL 2
Pankreatologiya Klubunun Bakı görüşləri
Moderatorlar: Dr. Emin Məmmədov; Prof. Dr. Marcis Leya; Prof. Dr. Dmitriy Bordin
11:15 – 11:40

Prof. Dr. Kyoichi Takaori (onlayn)

Pankreas xərçənginin müalicəsinə multidissiplinar yanaşmalar — 2026

11:40 – 12:05

Prof. Dr. Sudipta Dhar Chowdhury (onlayn)

Kəskin pankreatitdə endotelial disfunksiya və hiperkoaqulyasiya

12:05 – 12:30

Prof. Dr. Vinciane Rebours (onlayn)

Autoimmun pankreatit: müasir vəziyyət

Müzakirə
Müzakirələr 12:30- 12:40
Peyk simpoziumu — Abbott 12:40 – 13:00
Nahar
Nahar fasiləsi 13:00 – 14:00
PANEL 3
Sirlər dünyasının açarları: endoskopiya
Moderatorlar: Prof. Dr. Mehmet İbiş; Prof. Dr. Mehmet Cindoruk; Prof. Dr. Mahmut Yüksel; Dr. Fərid Quliyev
14:00 – 14:20

Prof. Dr. Erkan Parlak

Peripapiller bölge biliopankreatik kanal anomalileri

14:20 – 14:40

Prof. Dr. Serkan Öcan

Ezofagus perforasiyası olduqda nə etməli?

14:40 – 15:00

Prof. Dr. Erkin Öztaş

Rezistent və residivləşən ezofagus darlıqlarında endoskopik müalicələr

14:40 – 15:00

Prof. Dr. Alper Yurci

Endohepatologiya

Müzakirə
Müzakirələr 15:20- 15:30
Coffee Break
Kofe fasiləsi 15:30 – 15:45
PANEL 4
Qastroenterologiyada maraqlı klinik hallar
Moderatorlar: Dr. Umud Mahmudov; Dr. Zaur Xəlilov; Dr. Rafail Həsənov
15:45 - 15:55

Qəmər Sultanova

Klinik hal təqdimatı

15:55 - 16:05

Ayçin Həsənova

Klinik hal təqdimatı

16:05 - 16:15

Nərgiz Əfəndiyeva

Klinik hal təqdimatı

16:15 - 16:25

Ramin Bağırov

Klinik hal təqdimatı

16:25 - 16:35

Dr.Şahnaz Atayeva

Klinik hal təqdimatı

Müzakirə
Müzakirələr 16:40 - 16:50
Shadow Image
Shape
Qiymət

Konqresin qeydiyyatı

Cəmiyyət üzvlərinə ödənişsizdir, cəmiyyət üzvi olmayanlara qeydiyyat ödənişlidir!

Shape

Shadow Image
Xəzər Görüşləri 6

KONFRANSIN TƏŞKİLATÇISI

Mail
konoraevents@gmail.com
www.konqres.az

Tərəfdaşlarımız

Shadow Image
Shadow Image

MapMarriott Hotel Boulevard
Xətai rayonu, Xaqani Rüstəmov küçəsi 4c

Shadow Image